10:23
637
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bu il yanvar ayının 30-na 11 mlrd. 563.5 mln. dollara çatıb.
"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları son bir ayda 0,4% və ya 48,6 mln. dollar artıb.
Son bir ildə isə AMB-nin valyuta ehtiyatları 5,2% artıb.