Benzin və dizelin qiymət artımının inflyasiyaya təsiri açıqlanıb İqtisadiyyat

Benzin və dizelin qiymət artımının inflyasiyaya təsiri açıqlanıb

Ötən ilin sonunda benzin və dizel yanacağının qiymətinin artırılmasının illik inflyasiyaya birbaşa təsiri 0,31%, dolayı təsiri isə 0,33% səviyyəsində qiymətləndirilir.

“APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

Beləliklə, qiymət artımının inflyasiyaya ümumi artırıcı təsiri 0,64% təşkil edir.