11:42
637
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 31 dekabr tarixinə ümumi 170 412,9 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.
Bu barədə "APA-Economics" Dövlət Neft Fonduna istinadən xəbər verir.
Qeyd edək ki, ötən il ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 14 481 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.
Əlavə etmək lazımdır ki, ARDNF-nin aktivləri 2025-ci ilin əvvəlinə 60 031,4 milyon ABŞ dolları (102 053,3 milyon manat ) təşkil edib, 2025-ci il dekabr ayının 31-nə isə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73 541,5 milyon ABŞ dollarına (125 020,5 milyon manata) çatıb.
Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.