“Bu, dövlətimizin başçısına beynəlxalq aləmdə yüksək etimadın ifadəsidir”
XİN: Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır
Baş katib Şimali Kipr Türk Respublikasının səfiri ilə görüşüb
Aİ komissarı Ankaraya gedir, Türkiyə, Mərkəzi Avropa və Cənubi Qafqaz üzrə araşdırma təqdim ediləcək
09:32
644
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-ci il üzrə Azərbaycana ayırdığı vəsaitin həcmi məlum olub.
"APA-Economics" xəbər verir ki, bank ötən il ölkədə 10 layihənin maliyyələşdirilməsi üçün 81 mln. avro ayırıb. Bu 2024-cü ilə nisbətən 60% və ya 118 mln. avro azdır. Belə ki, 2024-cü il üzrə bu rəqəm 199 mln. avro təşkil edib.
Ötən il dekabrın 31-nə AYİB-in Azərbaycandakı layihələr üçün hazırkı kredit portfeli 906 mln. avro təşkil edib və bunun da 40 %-i özəl sektorun payına düşüb. Bankın ölkədəki əməliyyat aktivləri 31 dekabr 2025-ci il tarixinə 695 milyon avro təşkil edib.
Qeyd olunub ki, portfelin 90 %-i (812 milyon avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (64 mln. avro) isə maliyyə institutlarına yatırımlar, 3%-i (30 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları təşkil edir. Sentyabr ayında bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə əvvəlki aya nisbətən 0,9% artaraq 703 mln. avro təşkil edib.
Beləliklə, EBRD bu günədək Azərbaycana 201 layihə çərçivəsində 3,648 mlrd. avro həcmində investisiya yatırıb.
10:08
532
09:16
567
09:14
553