TANAP-ın ötürmə gücü illik 31 mlrd. kubmetrədək artırıla bilər İqtisadiyyat

TANAP-ın ötürmə gücü illik 31 mlrd. kubmetrədək artırıla bilər

Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) mövcud ötürmə gücünün illik 31 milyard kubmetrədək artırılması mümkündür.

Bunu Saltuk Düzyol Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda TANAP-ın illik ötürmə qabiliyyəti 16,2 milyard kubmetr təşkil edir. Bu həcmin 5,7 milyard kubmetri Türkiyənin daxili bazarı üçün istifadə olunur, 10,2 milyard kubmetri isə Avropaya nəql edilir.

Saltuk Düzyol bildirib ki, TANAP 30 iyun 2018-ci ildə istismara verilib və 30 dekabr 2018-ci ildən etibarən Avropaya qaz tədarükü həyata keçirilir. İndiyədək ümumilikdə 49,8 milyard kubmetr qaz Avropaya, 5,9 milyard kubmetr isə Türkiyəyə çatdırılıb.
O qeyd edib ki, kəmərin genişləndirilməsi ilə bağlı texniki və kommersiya araşdırmaları aparılıb, ötürmə qabiliyyətinin artırılması üzrə ssenarilər hazırlanıb və müvafiq texniki tələblər müəyyən edilib.

TANAP rəhbəri əlavə edib ki, 2025-ci il şirkətdə “rəqəmsal transformasiya ili” elan olunub. Bu çərçivədə istixana qazı emissiyalarının idarə olunması və dayanıqlılıq hesabatlılığının rəqəmsallaşdırılması məqsədilə xüsusi layihə icra edilib.