Bakıda işləyənlərin sayı azalıb İqtisadiyyat

Bakıda işləyənlərin sayı azalıb

Bu ilin yanvar ayında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5382 nəfər azalaraq 695 251 nəfər olub. Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, 2018-ci ilin yanvar ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 1,7% artaraq 764 manat olub. Belə ki, Bakının Binəqədi rayonunda 43 639 nəfər muzdlu işçi çalışır ki, onların da orta aylıq əmək haqqı 435,3 manat təşkil edir. Xətai rayonunda belə muzdlu işçilərin sayı 61 504 nəfər təşkil edib ki, onların orta aylıq əmək haqqı 756,8 manat olub.
Xəzər rayonunda 29 779 nəfər muzdlu işçi olduğu halda, onların orta aylıq əmək haqqının həcmi 676,5 manat təşkil edib. Qaradağ rayonunda 24 905 nəfər muzdlu işçinin aldığı orta aylıq əmək haqqı 1 044,8 manat olub. Paytaxtın Nərimanov rayonunda 65 760 nəfər muzdlu işçi orta hesabla 504 manat əmək haqqı alıb. Nəsimi rayonunda muzdlu işçilərin sayı 152 348 nəfər, orta əmək haqqının həcmi isə 714,4 manat təşkil edib. Nizami rayonunda çalışan 42 673 nəfər muzdlu işçinin hər biri orta hesabla 647,9 manat, Pirallahı rayonunda çalışan 8 008 nəfər orta hesabla 1 378,2 manat əmək haqqı alıb.
Bakının Sabunçu rayonunda 27 018 nəfər muzdlu işçi paytaxt üçün ən aşağı orta əmək haqqı alıblar. Bu rəqəm 489,5 manat olub. Əksinə, Səbail rayonunda isə 116 463 nəfər muzdlu işçi ən yüksək orta əmək haqqını – 1 376 manat alıblar. Həmçinin, paytaxtın Suraxanı rayonunda 19 286 nəfər muzdlu işçi orta hesabla 565,4 manat, Yasamal rayonunda isə 103 868 nəfər muzdlu işçinin hər biri orta hesabla 674,2 manat pul qazanıblar.