Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqa layihəsi başa çatmaq üzrədir İqtisadiyyat
- 9 Sentyabr 2019 18:16
- 1 533
Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqa layihəsi başa çatmaq üzrədir.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, bu layihənin seqmentləri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikntisi kimi layihələrdə irəliləyiş 100 faizə yaxındır.
O bildirib ki, dünyanın ən iri qaz kondensat yataqlarından biri olan “Şahdəniz”lə bağlı 93%, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisilə bağlı 88,8% irəliləyiş əldə edilib.
“Cənubi Qaz Dəhlizinin bütün seqmentlərinin maliyyələşdirməsindəki Azərbaycanın payı 1/4 qədər, yəni 10,1 milyard ABŞ dollarına yaxındır. Bu vəsaitin 97%-i həm yerli ehtiyatlar, həm də kənardan cəlb edilmiş vəsaitlər hesabına artıq yatırılıb”, - deyə İ.Əhmədov qeyd edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.
2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.
TAP Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə, təxminən, 10,5%-ni qarşılayacaq.
-
Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir
-
Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər
-
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
-
Ucarda təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib
-
MDB-yə üzv ölkələrin fond birjalarının yeni strateji planı qəbul edilib
-
Masallıda 5 kq narkotikin satışına görə 2 nəfər tutulub
-
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
-
Bakıda kafedən pul oğurlayan şəxs saxlanıldı
-
Rusiya sülhməramlıları Qarabağdan Ermənistana yollanıb
-
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
-
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
-
Yanvar-mart aylarında İngiltərə vətəndaşları Türkiyədə 100-dən çox daşınmaz əmlak alıb
-
Matviyenko: Avropa ABŞ-nin vassalıdır
-
Azərbaycanda zəlzələ olub
-
İran Azərbaycan və Ermənistan arasında razılaşmaları təqdir edir - Rəsmi Tehran
-
Britaniya Ukraynaya tarixinin ən böyük maliyyə yardımını edəcək
-
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
-
Xənkəndidə silah-sursat aşkar edilib
-
Öz doğma torpağıma, evimə qayıdıram - Arzu Kərimova
-
Azərbaycanda bu il 7 mlrd. kVt-saatdan artıq elektrik enerjisi istehsal olunub
-
Azərbaycan nefti cüzi ucuzlaşıb
-
Bu günə olan valyuta məzənnələri
-
İnzaqi Mourinyonu keçib, “üçlüy”ə düşüb
-
Bəzi bölgələrə yağış - FAKTİKİ HAVA
-
Goranboyda minik avtomobili yanıb
-
"Reuters": Vaşinqton Ukraynaya yeni yardım paketini çox gec təsdiqləyib
-
Bu gün bizim üçün ən əziz gündür – Füzuli sakini
-
Füzuli bizim doğma yurdumuzdur – Füzuli sakini
-
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin – Füzuli sakini
-
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
"Moskva noyabrdan əvvəl qalib gələ bilər"
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO
-
Şimali Koreyada nüvə təlimləri keçirilib
-
Türkiyədə ağır yol qəzası olub
-
Çempionlar Liqasının qalibi Londonu tərk edir
-
Ukrayna Rusiyanın bir hissəsidir - Tramp
-
London Kiyevə 617 milyon dollarlıq hərbi yardım edəcək
-
ABŞ Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcək
-
Belqorod atəşə tutulub
-
Rusiya neft emalını azaldıb
-
Milan derbisində 20-ci çempionluq
-
Koreya taktiki təlim keçirib
-
COP29-un prezidenti Antonio Quterreşlə görüşüb
-
Qambiya gənc diplomatlarını təcrübə qazanmaq üçün Azərbaycana göndərməkdə maraqlıdır
-
Ukraynanın 170-dən çox hədəfi məhv edilib
-
Prezident İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)
-
Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub - YENİLƏNİB
-
Oğuz və İsmayıllıya dolu düşdü - FAKTİKİ HAVA
-
YAP Xətai rayon təşkilatının A.Novruzov 28 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO
-
Prezident İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
-
Vüqar Səfərli ilə birgə ittiham olunan baş memar cəzadan azad edildi
-
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi başlanır
-
Sloveniya Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayır
-
Azərbaycan və Qazaxıstanla iqtisadi layihələr Ermənistan üçün dividendlər yaradır - Qazaxıstanlı ekspertlər
-
MEDİA-dan sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ
-
Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi 4 milyard dolları ötüb - Vladimir Putin
-
Prezident İlham Əliyev: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk
-
Azərbaycan-Rusiya münasibətləri strateji müttəfiqliyin nümunəsidir - ŞƏRH
-
Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb - Vladimir Putin
-
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb