Üç qanun layihəsinə Hesablama Palatasının rəyləri təsdiqlənib İqtisadiyyat

Üç qanun layihəsinə Hesablama Palatasının rəyləri təsdiqlənib

Hesablama Palatasının kollegiya iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihələrinə palatanın rəyləri ətraflı müzakirə olunaraq təsdiq edilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kollegiyada “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihələrinin Milli Məclisdə müzakirə edilməsi tövsiyə olunub.
Kollegiya iclasında həyata keçirilmiş dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbiri üzrə auditor hesabatı müzakirə olunub, kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatın göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.
İclasda, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.