

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Ölkədə biçin aparılacaq ərazilərdə növbəlilik sistemi tətbiq olunub, kombaynlarda GPS sistemi quraşdırılıb.
Bunu Trend-ə açıqlamasında “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov verib. Onun sözlərinə görə, biçin prosesinin mütəşəkkil təşkili üçün “Aqroservis” Açıq Səhmadr Cəmiyyəti (ASC) tərəfindən bütün lazımi hazırlıq işləri aparılıb: " Rayonların kombaynlara tələbatı əvvəldən müəyyənləşib, texnikalar tələbata uyğun biçin ərəfəsində rayonlara göndərilib, biçin getməyən rayonlardan aktiv biçin bölgəsinə əlavə kombaynlar dislokasiya edilib”.
ASC sədri bildirib ki, biçin prosesinin təşkili ilə əlaqədar “Aqroservis” ASC-də operativ qərargah fəaliyyət göstərir: "Biçin prosesinin aktivləşməsi ilə əlaqədar taxılbiçən kombaynlara olan tələbat gündəlik qaydada müəyyənləşdirilir və ehtiyatda olan kombaynlar ərazilərə dislokasiya eidlir. Hazırda biçin gedən rayonlarda “Aqroservis”in 484 kombaynı biçin prosesində iştirak edir. Bundan başqa, biçin zonasına digər rayonlardan 235 kombayn dislokasiya etmişik”.