İlham Əliyev DTT baş katibini qəbul edib Siyasət

İlham Əliyev DTT baş katibini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev dünən Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanda turizmin, o cümlədən dağ turizminin inkişafı və bu istiqamətdə müasir infrastrukturun yaradılması ilə bağlı görülən işlərdən danışılıb, Bakıda keçirilən 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin və BMT-nin Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci konfransının önəmi qeyd olunub.
Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsi, ölkəmizin turizm imkanları və bu sahədə görüləcək işlərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.