Ermənistan regionda bütün prosesləri ləngidir - Bakı İrəvandan konkret addım gözləyir Siyasət

Ermənistan regionda bütün prosesləri ləngidir - Bakı İrəvandan konkret addım gözləyir

Kişinyov görüşü qeyri-formal olduğundan orda hansısa ciddi sənədin imzalanmasın gözləmək olmazdı.

Bu barədə Trend-ə açıqlamasında İqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə deyib.

O qeyd edib ki, Rəsmi açıqlamalar da ondan xəbər verir ki, burda tərəflər mövqelərini dəqiləşdirirdilər.

"Eyni zamanda iyulun 21-də nəzərdə tutulan görüşün gündəliyini ola bilər ki, müzakirə edirdilər. Danışıqların dinamikasıondan xəbər verir ki, vasitəçilər belə xüsusilə də Avropa İttifaqı Azərbaycan Ermənistan münasibətlərinin normallaşması prosesində müəyyən nailiyyətləri gözləyirlər. Əslində Ermənistanın destruktiv mövqeyi Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməməsi regionda bütün prosesləri ləngidir. Bu da Avropa İttifaqının maraqlarına ziddir. Çünki Avropa İttifaqı çalışır ki, regionda sülh və stabillik bərqərar olsun. Bunun nəticəsində müxtəlif layihələr həyata keçirilsin. Bu layihələrdə Azərbaycan və Ermənistan iştirak edə bilər. Belədə iki ölkə Avropa İttifaqına daha yaxın ola bilər. Elə Azərbaycan da bu mövqedən çıxış edir ki, biz Avropa İttifaqı ilə bütün sahələrdə münasibətlərin inkişafında maraqlıyıq. O cümlədən də Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsində maraqlıyıq. Nəticə etibarilə bu ölkəmizin dərin maraqlarına xidmət göstərir və regiondakı mövqelərimizi möhkəmlədir. Bununla da təhlükə sovuşur. Biz Ermənistanla regionun digər ölkələriylə praqmatik əsaslarla münasibətlərimizi qura bilərik", - deyə o əlavə edib.

Ekspert qeyd edib ki, Ermənistan həm sülh müqviləsinin imzalanmasında, delimitasiya, demokrasiya və komnukasiyaların açılması prosesində konkret addımlar atamalıdır.

"Bir də ölkəmizin humanitar məsələlərlə gözləntiləri var. Belə ki, Ermənistan Azərbaycana mina xəritəıərini təqdim etməli öz mənasız istəklərindən əl çəkməlidir. İlk növbədə Qarabağ ermənilərinin işlərinə qarışmamalıdır. Qarabağ Azərbaycanın torpağıdır. Birinci Qarabağ müharibəsində kifayət qədər itkinlərimiz olub. İndi də biz azad olunmuş torpaqlarımızda insan qalıqları aşkar edirk. Bu da ondan xəbər verir ki, Ermənistan uzun müddətdir ki, törətdiyi cinayətləri gizlədib. Əgər biz danışıqlarda yeni mərhələyə keçiriksə Ermənistan bizə itkin düşənlərin adın açıqlasın və kütləvi məzarlıqlarla bağlı məlumat versin", - deyə İ.Vəlizadə bildirib.