İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq - Paşinyan Siyasət

İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq - Paşinyan

Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtinası Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq.

Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib.

“Əgər biz delimitasiya və demarkasiyadan imtina etsək, bölgədə daha bir partlayış baş verəcək”, - deyə o bildirib.

Baş nazir, həmçinin, delimitasiya prosesinin də özündə risklər daşıdığını vurğulayıb.

Hazırda Ermənistan hakimiyyəti Tavuş vilayətində sərhədlərin delimitasiyası prosesinin mümkünlüyü barədə Azərbaycanla danışıqlar aparır. Bu, baş tutarsa, 1990-cı illərdən Ermənistanın işğalı altında olan dörd kənd Bakıya qaytarılmalıdır. Nəticədə, Rusiyadan Ermənistana gedən qaz kəməri, eləcə də, Ermənistan-Gürcüstan avtomobil yolunun magistralın bir hissəsi Azərbaycanın nəzarətinə keçəcək.