Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı gözlənilir Siyasət

Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı gözlənilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı gözlənilir.

Trend xəbər verir ki, tədbir çərçivəsində dövlət başçımızın Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsla görüşəcəyi bildirilir.

Bu səfər zaman Prezident İlham Əliyevin Almaniya prezidenti Frank-Valter Ştanmayer və bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü də nəzərdə tutulur.