“Ən vacib məsələlərdən biri normallaşmaya gedilməsi və gələcəklə bağlıdır” Siyasət

“Ən vacib məsələlərdən biri normallaşmaya gedilməsi və gələcəklə bağlıdır”

“ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda 30 ölkədən 64 şəxsin iştirakı ilə keçirilən beynəlxalq forumda cənab Prezidentimiz İlham Əliyevin cavabları mahiyyətinin dərinliyi və əhatəsinin genişliyi ilə əhəmiyyətlidir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. O, bildirib ki, ən vacib məsələlərdən biri Azərbaycan-Ermənistan münasibətlərində normallaşmaya gedilməsi və gələcəklə bağlıdır: “Azərbaycanın uğurları təsadüfi deyil, düşünülmüş siyasətin, strategiyanın, düzgün taktikanın nəticəsidir, ölkədə heç bir iş plansız görülmür. Ermənistanla sərhədlərin delimitasiya prosesinə başlanması bunu təsdiq edir. Hər iki ölkə konstruktiv hərəkət edir...”.