UNOSSC Qlobal Cənub QHT Platforması barədə məlumatları rəsmi saytında yerləşdirib - FOTO
Ukrayna və ABŞ günün sonuna qədər sülhü yaxınlaşdıracaq razılığa gələ bilər
Aİ hibrid və kibertəhdidlərlə mübarizədə Ermənistanı dəstəkləməyə hazırdır
Gültəkin Hacıbəyliyə Türkiyədən deportasiya olunması ilə bağlı qərar təqdim olunub
10 Oktyabr 2024 16:54
2 387
Oktyabrın 10-da MDB Parlament Assambleyasının (PA) videokonfrans formatında komissiya iclasları keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvləri – komitə sədri Arzu Nağıyev Təhlükəsizlik və yeni çağırışlarla və təhdidlərlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə komissiyanın, Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın, deputat Nizami Səfərov Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyanın iclaslarında iştirak ediblər.
İclaslarda MDB PA çərçivəsində qanunvericilik tənzimləmələri üzrə əməkdaşlıq imkanları, gündəlikdə olan model qanun layihələri, model qanunlara dəyişikliklər və digər qanunvericilik tənzimləmələrinə dair tövsiyə layihələri kimi məsələlər müzakirə olunub.
Onlayn iclaslarda, həmçinin təşkilati məsələlərə baxılıb, daimi komissiyaların sədrləri və sədr müavinləri seçilib, hər üç komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.
Milli Məclisin deputatları - Nizami Səfərov Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyanın sədri, Arzu Nağıyev MDB PA-nın Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın sədr müavini seçiliblər.
18:16
630
18:00
1 442
16:56
952

