Ukrayna XİN başçısı Azərbaycan Prezidentinə təşəkkür edib Siyasət

Ukrayna XİN başçısı Azərbaycan Prezidentinə təşəkkür edib

Mən şəxsən Prezident Əliyevə Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə, qış dövründə humanitar və enerji yardımına görə təşəkkür etdim.

Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

“Biz Ukrayna-Azərbaycan ikitərəfli münasibətlərinin əsas mövzuları və beynəlxalq gündəm ətrafında açıq və ətraflı müzakirə apardıq, Rusiyanın təcavüzünə necə son qoyacağımız və ədalətli və davamlı sülhün necə bərqərar olacağına xüsusi diqqət yetirdik.

Eyni zamanda Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının inkişafı istiqamətində növbəti addımları müzakirə etdik. Azərbaycanın bu il iyulun 10-11-də Romada keçirilməsi planlaşdırılan Ukraynanın Bərpası Konfransında iştirakı bu baxımdan əhəmiyyətli olacaq”, - deyə Andrey Sibiqa qeyd edib.