

Husilər Təl-Əvivin Ben Qurion hava limanına raket zərbəsi endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya məlumat yayıb.
“Yəmənin Raket Qoşunları hipersəs ballistik raketlə Ben Qurion hava limanına hücum edərək hərbi əməliyyat keçirib. Əməliyyat öz məqsədinə uğurla çatıb”, - məlumatda bildirilib.