

Şimali Koreyada yeni esminesin suya uğursuz buraxılmasından məsul olan üç məmur saxlanılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Qardian” nəşri yazıb.
Məlıumata görə, gəmiqayırma zavodunun baş mühəndisi, gəminin korpusunun hazırlandığı sexin rəisi və rəisin inzibati məsələlər üzrə müavini saxlanılıb.
Qeyd edək ki, mayın 21-də Çxoncin şəhərində Kim Çen inin gözləri qarşısında Şimali Koreyanın ən müasir hərbi gəmisi suya buraxılarkən estakadaya çırpılaraq batıb.