

Nyu-Yorkdakı Hadson çayında kanalizasiya tullantıları daşıyan qayıqda baş verən partlayış nəticəsində bir nəfərin öldüyü bildirilib.
ABŞ-ın Nyu-York şəhərində çirkab kanalizasiya tullantısı daşıyan bir qayıqda partlayış baş verib.
Xalqcebhesi.az xəbər verir ki, Hadson çayında lövbər salmış qayqda baş verən hadisə yerli vaxtla dünən saat 10:30 radələrində, North River tullantı sularının təmizlənməsi sahəsinin yaxınlığında baş verib. Partlayış nəticəsində bir işçinin həyatını itirdiyi, digər bir işçinin isə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Üçüncü bir işçinin isə yaralandığı, lakin müalicə olunmaqdan imtina etdiyi bildirilib.
Nyu-York şəhərinin meri Erik Adams partlayışın səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma başlatıldığını bildirib.
Rəsmilər partlayış səbəbindən kanalizasiya tullantılarının qayığın göyərtə hissəsinə yayıldığını, yanğınsöndürmə və təcili yardım qruplarının təmizlik işləri apardığını qeyd ediblər.
Məryəm Quliyeva