Boris Conson doqquzuncu dəfə ata oldu Dünya

Boris Conson doqquzuncu dəfə ata oldu

Britaniyanın keçmiş baş naziri Boris Conson doqquzuncu dəfə ata olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə 60 yaşlı keçmiş baş nazirin həyat yoldaşı Kerri Conson məlumat verib.

“Mayın 21-də anadan olan Poppi Eliza Conson, ailəmizə xoş gəldin! Nə qədər gözəl və xırda olduğuna inana bilmirəm. Özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm. Hamımız tamamilə sehrlənmişik”, - Kerri Conson bildirib.