“Açıq qalan əsas məsələlər var” Siyasət

“Açıq qalan əsas məsələlər var”

“BƏƏ-də keçirilən Əliyev-Paşinyan görüşü bir daha göstərdi ki, Cənubi Qafqazda sülh prosesinin gələcəyi tərəflərin siyasi iradəsindən və real kompromislərə nə dərəcədə hazır olmasından asılıdır”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Politoloq vurğulayıb ki, görüşdə hər iki liderin iştirak etməsi danışıqların davam etdirilməsi baxımından müsbət siqnal sayılsa da, hələ də açıq qalan əsas məsələlər var: “Bu isə o deməkdir ki, sülh gündəliyinin irəliləməsi üçün həm daxili siyasi iradə, həm də beynəlxalq dəstək həlledici olaraq qalır”.

Röya İsrafilova