Elxan İsazadə Niderlandda yenidən diaspor təşkilat sədri seçilib Siyasət

Elxan İsazadə Niderlandda yenidən diaspor təşkilat sədri seçilib

2004-cü ildə Niderlandın Rotterdam şəhərində Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinə sədr seçimləri keçirilib. Elxan İsazadə yenidən sədr seçilib.

Bu barədə xalqcebhesi.az-a diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk bildirib.

E.İsazadə 2009-cu ildən 2012-ci ilə qədər isə cəmiyyətə rəhbərlik edib. O həm də cəmiyyətin qurucularından biridir. Ondan əvvəl isə cəmiyyətə 2004-cü ildən 2009-cu ilədək Elsevər Məmmədov sədr olub.

E.İsazadə Niderlandda Azərbaycan diaspor fəaliyyətinin yaranmasında və inkişafında əvəzsiz xidmətləri olan şəxslərdən sayılır. Hələ Azərbaycanın Niderland Krallığındakı Səfirliyi olmadığı dövrlərdə Azərbaycanın tanıdılması ilə bağlı uğurlu layihələrə imza atıb. O, Niderlandda erməni diasporu tərəfindən Azərbaycan əleyhinə yönələn təxribatların qarşısının alınmasında fəallığı ilə seçilən diaspor fəallarından olub.

Röya