“Bir qurşaq-bir yol” layihəsində Türkiyənin yeri Siyasət

“Bir qurşaq-bir yol” layihəsində Türkiyənin yeri

Türkiyənin də qatıldığı 29 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə 14-15 may 2017-ci il tarixində Pekində reallaşan və Müasir İpək Yolu da adlandırılan "Bir Qurşaq-Bir Yol" Beynəlxalq Əməkdaşlıq Forumu Türkiyənin layihədən gözləntilərini, öz şərtləri və mövcud çətinlikləri anlamaq üçün əhəmiyyətli bir addım olaraq ortaya çıxır.
Əksər Avropa dövlətlərindən fərqli olaraq, son əsrin ən əhəmiyyətli layihəsi sayılan bu meqa ticarət və nəqliyyat layihəsindən Türkiyənin gözləntiləri yüksəkdir. Hər şeydən əvvəl bu layihə Türkiyənin öz inkişaf məqsədlərinə, güc və rəqabətin yavaş-yavaş Qlobal Şimaldan Qlobal Cənuba sürüşdüyü post-Qərb beynəlxalq sistemində özünə ayırdığı yeni rolla və onun ideoloji infrastrukturu ilə üst-üstə düşür.
Qərblə əlaqələrində eniş və çıxışların hakim olduğu bu yeni dövrdə, şübhəsiz, Türkiyənin beynəlxalq siyasətdə özünə yeni alternativlər və ortaqlıqlar axtarışı, bunun nəticəsində də azalan sərmayə axınını və xarici sərmayələri öz lehinə çevirmək üçün Qlobal Cənub blokunun ən güclü dövləti olan Çinlə yaxınlaşma strategiyası izlənməsi heyrətamiz bir inkişaf deyil.
Türkiyənin "Bir Qurşaq-Bir Yol" layihəsinə maraq göstərməsinin arxasında duran təməl səbəblərdən biri bu layihələ əlaqədar olaraq yaranan iqtisadi və kommersiya gözləntilərdən başqa, Türkiyə-Çin yaxınlaşmasının regionda və qlobal miqyasda yaradacağı geosiyasi və strateji təsirlə yanaşı, Türkiyənin regional və qlobal aktyorluğu, oynadığı rolun beynəlxalq imicə müsbət töhfədir. Çünki may ayında reallaşan Forumdan əvvəl prezident Ərdoğanın "Çinlə yaxınlaşmamız dünyada da fərqli bir təsir oyandıracaq" ifadəsi yuxarıdakı təsbitə bir nümunədir.
"Bir Qurşaq-Bir Yol" layihəsinin hansı hissəsi Türkiyəyə aiddir və o bu layihəyə necə kömək edir?
İlk növbədə, 2007-ci ildə başlanan və açılışı keçən həftə Bakının Ələt limanında reallaşan, Pekin və Londonu bir-birinə bağlamağı hədəfləyən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu və bunun davamında inşa ediləcək Ədirnə-Qars arasında 30 milyard dollarlıq yüksək sürətli qatar layihəsi barədə danışmaq lazımdır.
Dəmir İpək Yolunun bir hissəsi olaraq qurulan "Marmaray" və "3-cü Körpü" ilə də Türkiyə Pekin-London xəttinin orta qurşağını tamamlayaraq, Dəmir İpək Yoluna əhəmiyyətli bir qatqı təmin edir. Ümumi uzunluğu 838 kilometr olan, 76 kilometri Türkiyədən, 259 kilometri Gürcüstandan və 503 kilometri isə Azərbaycandan keçən BTQ-nın ilk mərhələdə illik 1 milyon sərnişin və 6,5 milyon ton yük daşıması nəzərdə tutulur.
Mövcud tutumu 2034-cü ilə qədər 3 milyon sərnişin və 17 milyon ton yükə çıxardılması gözlənilən BTQ dəmir yolunun Çindən çıxan malları Qazaxıstan və Türkmənistandan keçməklə Xəzər dənizi ilə Ələt limanına, oradan da Gürcüstan və Türkiyə vasitəsilə Avropaya daşıması planlaşdırılır. BTQ-nin digər bir xüsusiyyəti Çindən Avropaya gedən dəmiryollarının hamısının Rusiyadan yan keçərək məsafəni təxminən 7 min kilometr qısaldıb, Çin-Avropa xəttini 15 günə tamamlanmasını təmin edir.
Eyni şəkildə, bu yeni layihə ilə Çin və Avropanın yük daşımalarının əhəmiyyətli bir hissəsi bu marşruta Rusiyaya gedəcək.

Türkiyənin cəlbediciliyi və Çindən gözləntilər

Digər tərəfdən, Türkiyə Çinin tarixi layihəsi üçün narahat deyil. Əksər avropalı müttəfiqlərindən daha az təmkinli bir mövqe yürütsə də, Türkiyə bu layihənin hazırda Çin ilə arasında zəifləyən ixracat-idxal tarazlığını daha da dərinləşdirəcəyi ehtimalı üzərində dayanır. TÜİK rəqəmlərinə görə, 2016-cı ildə Türkiyə Çindən təxminən 25 milyard dollar, Çin isə yalnız 2,3 milyard dollarlıq mal-əmtəə idxal edir ixrac edir.
Burada diqqəti cəlb edən budur ki, 2013-cü ildən etibarən Türkiyənin ixracatı tədricən azalıb, idxal isə eyni səviyyədə qalıb. Çinin isə 2013-dən bu yana idxalı eyni səviyyədədir.
Türk səlahiyyətlilərə görə, ixracat və idxalat arasındakı bu fərq davamlı olmaqdan uzaq və arzu edildiyi şəkildə ixracatın ən azından idxalatın yarısı nisbətinə çıxardılması və Çinin bazarını Türkiyə məhsullarına daha çox açması üçün iki ölkə arasında bir razılaşma əldə edilməlidir. Yenə eyni şəkildə, Türkiyənin, digər avropalı müttəfiqlərinin də dilə gətirdiyi kimi, iqtisadiyyatda qloballaşma və liberallaşmanın müdafiə edən Çinin öz daxili bazarında xarici sərmayəçilərə qoyduğu məhdudiyyətləri aradan qaldırmalı və yerli şirkətləri üstün hala gətirən qaydaları ləğv etməlidir.
Bütün bu narahatlıqları bir kənara qoyduqda, Çin və "Bir Qurşaq-Bir Yol" layihəsi iqtisadi dəhlizlərə sahib olacaq. Ayrı-ayrı təşəbbüsləri nəzərə alsaq, bu, əsas və ya mərkəzi məsələ deyil, baxmayaraq ki, Türkiyədə vacib rol oynayır. Ümumi mənada, Türkiyənin layihədəki rolunun Çin-Rusiya rəqabətinin Türkiyənin də parçası olduğu Orta-Asiya, Qafqaz və Yaxın Şərqdə əks olunması ilə qiymətləndirilə bilər.
Bu layihələ Çin müəyyən mənada iki rəqibi olan Rusiya və Hindistanın alternativ yollarını çevrələməklə və yeni etibarlı yollarla sanki özünə yeni ticarət və təhlükəsizlik sahələri inşa edir. Üstəlik, eyni şəkildə bu layihə ilə Çinin – prezident Tramp çəkiləcəyini iddia etsə də, – Obama dövründə infrastrukturu tamamlanan və ABŞ-ın Cənub-Şərqi Asiya və Okeaniya ölkələri ilə sərbəst ticarətini nəzərdə tutan Trans-Sakit okean Ortaqlığını təsirsiz hala gətirəcəyini nəzərdə tutur.
Layihənin Türkiyə ayağını qiymətləndirilərkən, bütün bu geoiqtisadi ünsürlərlə, içinə təhlükəsizliyi də əlavə edən bütün miqyasları ilə birlikdə, layihənin əsas fəlsəfəsi "qazan-qazan" məntiqinin Türkiyə baxımından bir itkiyə çevrilməməsi baxımından əhəmiyyət kəsb edir.
"Bir Qurşaq-Bir Yol" layihəsi Türkiyənin bundan sonrakı illərdə öz liderliyini inkişaf etdirməyi düşünə biləcəyi bənzər nəqliyyat və tranzit yolları formalaşdıracaq yeni bölgəçilik təşəbbüsü üçün də bir nümunə təşkil edə bilər.

Emel Parlar Dal
Anadolu Agentliyi (Türkiyə)