MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
Fitch: Qafqaz bank sektorunda göstəricilər tarixi səviyyələrdən yüksək olaraq qalır
Yunanıstanda 15 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək
Rusiya ilin əvvəlindən Ukraynanın enerji sisteminə ən güclü zərbəni endirib
Ədliyyə Nazirliyi: “881” Çağrı Mərkəzində ötən ay xidmət səviyyəsi 90 faizi ötüb
16:55
735
Azərbaycandan Ukraynaya generatorlar göndərilib.
Bu barədə Ukrayna səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, humanitar yardıma 17 generator, 4 daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.
Diplomat qeyd edib ki, enerji avadanlıqları Azərbaycan vətəndaşları və bir sıra təşkilatlar tərəfindən səfirliyə bağışlanıb.
“Azərbaycan hökumətinə, təşkilatlara və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığımı bildirirəm”, - səfir qeyd edib.
Qeyd edək ki, Azərbaycan dövləti də mütəmadi olaraq Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərir.




