11:28
1 400
“2025-ci ildə Ombudsmanın ünvanına 42.685 müraciət daxil olub. 7/24 rejimində fəaliyyət göstərən Ombudsmanın “916” Çağrı Mərkəzi tərəfindən 14.718 zəng qəbul edilib. İl ərzində Ombudsman, onun Aparatı və regional mərkəzləri tərəfindən ümumilikdə 9.060 nəfər şəxs qəbul edilib”.
Bunu İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
S.Əliyeva qeyd edib ki, Ombudsmana ünvanlanan müraciətlərin araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarına, idarə, müəssisə və təşkilatlara sorğular ünvanlanıb, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılması və pozulmuş hüquqların bərpası üzrə zəruri tədbirlər görülüb, təklif və tövsiyələr verilib: “Bununla yanaşı, Ombudsmanın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı ərizəçilərə həm qəbul zamanı, həm də rəsmi məktub vasitəsilə hüquqi məsləhətlər, insan hüquq və azadlıqlarının müdafiəsi formaları, üsulları, habelə müxtəlif hallarla bağlı aidiyyəti orqanlara müraciət etmələri barədə izahatlar verilib”.
O əlavə edib ki, ötən ilin mühüm hadisələrindən olan “Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri”ndə vətəndaşların seçki hüququnun təmini vəziyyəti Ombudsman tərəfindən diqqətdə saxlanılıb, paytaxtda və regionlarda seçki hüququ ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub: “Ombudsman Aparatının və regional mərkəzlərin əməkdaşları tərəfindən 38 şəhər və rayonda, o cümlədən muxtar respublikada 101 seçki dairəsi üzrə 708 seçki məntəqəsində müstəqil olaraq, öz təşəbbüsləri əsasında müşahidələr aparılıb. Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və ya müraciət daxil olmayıb”.
Röya İsrafilova
13:21
1 022
13:17
483
12:27
630