"​​​​​​​Fitch Ratings" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqləyib İqtisadiyyat

"​​​​​​​Fitch Ratings" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqləyib

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Cənub Qaz Dəhlizi QSC-nin kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib.

"APA-Economics" bu barədə Agentliyə istinadən xəbər verir. Məlumata görə, qiymətləndirmə şirkətin biznes modeli, maliyyə strukturu, bazar mövqeyi və əməliyyat göstəriciləri əsasında aparılıb.

Agentlik şirkətin maliyyə strukturunu müsbət qiymətləndirsə də, fəaliyyət göstərdiyi əməliyyat mühiti ilə bağlı riskləri nəzərə alaraq yekun nəticəyə bir pillə mənfi düzəliş tətbiq edib.

Fitch həmçinin reytinqin müəyyənləşdirilməsi zamanı dövlətlə əlaqəli qurumlar üçün tətbiq olunan metodologiyadan istifadə edib.