Gürcü vitse-spiker: Cənubi Qafqaz ölkələri sabitlik üçün səylərini birləşdirməlidirlər Dünya

Gürcü vitse-spiker: Cənubi Qafqaz ölkələri sabitlik üçün səylərini birləşdirməlidirlər

Cənubi Qafqaz ölkələri bölgədə sabitliyin qorunması üçün mütləq bir-birinə doğru müsbət addımlar atmalı və səylərini birləşdirməlidirlər.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin birinci sədr müavini Gia Volski deyib.

O bildirib ki, Gürcüstan üçün Azərbaycan və Ermənistanla məsləhətləşmələr xüsusi əhəmiyyət kəsb edir.

Vitse-spiker qeyd edib ki, region ölkələri iqtisadi artım templərini də qoruyub saxlamalıdırlar.

"İqtisadi inkişaf və sərmayələrin dayanmaması üçün sabitliyin qorunub saxlanılması xüsusilə vacibdir", - Volski əlavə edib.