İsrail ordusunun Beyrutda Hizbullah obyektlərinə qarşı hava zərbələri başa çatıb Dünya

İsrail ordusunun Beyrutda Hizbullah obyektlərinə qarşı hava zərbələri başa çatıb

İsrail Hərbi Hava Qüvvələrinin Beyrutda Hizbullahın hərbi obyektlərinə qarşı hava zərbələri başa çatıb.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) “X” platformasında məlumat yayıb.

Məlumata görə, zərbələr silah anbarlarına, komanda mərkəzlərinə və Hizbullahın kəşfiyyat bölməsinə aid rabitə avadanlıqlarına endirilib.

“Kommunikasiya obyektləri, Hizbullah terror təşkilatının terror infrastrukturu olaraq istifadə etdiyi və terror fəaliyyətlərini həyata keçirmək, kəşfiyyat toplamaq və eyni zamanda təbliğat məqsədilə istifadə etdiyi yerlər vurulub”, – IDF-dən bildirilib.

Qeyd edək ki, bir qədər əvvəl Livan mətbuatı İsrailin Hizbullaha məxsus “Al-Manar” televiziya kanalına aid studiyalara və "Al-Nour" radio stansiyasına zərbə endirdiyi haqda məlumat yayıb.