Litva səfirliyi Azərbaycana dron hücumunu pisləyib Siyasət

Litva səfirliyi Azərbaycana dron hücumunu pisləyib

Latviya səfirliyi Azərbaycana dron hücumunu pisləyib.

Bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

“Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Naxçıvan Muxtar Respublikasına edilən, hava limanına ziyan verən, mülki şəxslərin yaralanmasına səbəb, beynəlxalq hüququn prinsiplərini pozan dron hücumlarını şiddətlə pisləyir. Biz Azərbaycanla həmrəyik və regionda sülh və stabilliyə dəstəyimizi bir daha vurğulayırıq”, - səfirlik qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.