14:21
1 085
Avropa Birliyi Fars körfəzi ölkələrindən neft tədarükündən asılı deyil və yanacaq çatışmazlığı yaşamır, ona görə də Yaxın Şərqdə enerji təchizatı ilə bağlı gərginlik birliyə təsir etmir.
Xalqcebhesi.az xəbər verir ki, bu fikri jurnalistlərlə söhbətində Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas, Aİ ölkələrinin xarici işlər nazirləri ilə Körfəz ölkələrinin XİN rəhbərləri arasında keçirilən onlayn görüş ərəfəsində səsləndirib.
Kallas qeyd edib ki, "Biz Fars körfəzi ölkələrindən neftdən asılı deyilik, ona görə də bunun bizə təsiri yoxdur. Amma təbii ki, bazar qiymətləri artarsa, bunun daha geniş təsiri olacaq, amma hazırda bunu görmürük, ona görə də panikaya düşməyə heç bir səbəb yoxdur".
O, həmçinin əlavə edib ki, Aİ ölkələri regionda dənizçilik mövcudluğunu gücləndirir və eskalasiya başlayandan bəri çətinləşən təhlükəsiz və sərbəst ticarət naviqasiyasını təmin etməyə çalışırlar.
Məryəm Quliyeva