İran Minab faciəsinə görə cavab tədbirləri hazırlayır Dünya

İran Minab faciəsinə görə cavab tədbirləri hazırlayır

Iran hakimiyyəti Minab şəhərində qızlar üçün ibtidai məktəbə zərbə endirən hərbçilərin kimliyini müəyyən etdiyini açıqlayıb. Hücum nəticəsində 165 nəfərin öldüyü bildirilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hücumu həyata keçirən pilotların kimliyi, onların hansı ölkədən olduqları və uçuşun həyata keçirildiyi aviabaza müəyyən edilib.

Mənbələr əlavə edib ki, buna cavab olaraq qəti tədbirlərin görülməsi üçün addımlar atılıb.

Məryəm Quliyeva