14:35
679
İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində Naxçıvan Hava Limanında 4 nəfər xəsarət alıb.
APA-nın yerli bürosunun xəbərinə görə, xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerləşdirilib.
Xəstəxananın Təcili yardım şöbəsinin müdiri Sahib Abuzərov APA-ya bildirib ki, dron hücumu nəticəsində xəsarət alan 2 nəfərə barotravma, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.
Onların vəziyyəti stabil qiymətləndirilir, müvafiq şöbələrə yerləşdiriliblər.
***
13.03
İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində, Naxçıvan Hava Limanında xəsarət alan iki nəfər mülki şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Xəstəxanadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onların vəziyyətləri stabildir.
Qeyd edək ki, İran Naxçıvana dronla zərbələr endirib. Dronlardan biri aeroportun terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb. Bir dron isə Naxçıvan şəhərində məktəbin yaxınlığına təsadüf edib.