İranda bəhailərə təzyiq davam edir Güney Azərbaycan

İranda bəhailərə təzyiq davam edir

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi islamın bəhai təriqətinə mənsub olan Şide Təvəkküliniadlı xanımı 11 il azadlıqdan məhrum edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bununla yanaşı o, cərimə edilib, dövlət və ictimai xidmətləri sahəsinə daimi qadağa qoyulub və əmlakının bir hissəsi müsadirə edilib.

Şide Təvəkküli "hökumətə qarşı təbliat", "hökumətə müxalif qruplara üzvlük" və "şəriət əleyhinə təbliğat fəaliyyəti"lərində günahlandırılıb.

O, 27 may 2025-ci ildə Tehrandakı mənzilində həbs edilib və bir müddət istintaq təcridxanasında dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.