“Cənub Qaz Dəhlizi”nin açılışı doğru zamanda baş tutub Siyasət

“Cənub Qaz Dəhlizi”nin açılışı doğru zamanda baş tutub

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin (CQD) açılışı doğru zamanda baş tutdu.
Bunu Trend-ə "Mediterranean Energy Political Risk Consultancy"nin siyasi risklər və energetika məsələləri üzrə məsləhətçisi Siril Viddershoven deyib.
Ekspert bildirib: "CQD Avropaya qaz tədarükü üzrə vacib layihələrdən biridir, çünki İrandan və digər mümkün mənbələrdən qaz nəqli yaxın gələcəkdə az olacaq. CQD ilə nəql olunan qaz Misirdən mayeləşdirilmiş təbii qaz Avropa bazarlarına çatanadək bazarda öz yerini tutacaq".
Siril Viddershoven qeyd edib ki, "Cənub Qaz Dəhlizi" prinsip etibarilə Avropanın enerji təhlükəsizliyini gücləndirəcək:
"Hətta Avropa ölkələrində bərpa olunan enerji mənbələrindən istifadə tendensiyası artmaqda olsa belə, qaz yaxın onilliklərdə əsas enerji mənbəyi olaraq qalacaq. Məsələn, hesabatlar göstərir ki, Niderlandda "Qroningen" yatağında qaz hasilatı tam dayandırılsa, ölkədə azı 2030-cu ilədək qaza yüksək tələbat olacaq".
Siril Viddershoven əlavə edib ki, Azərbaycan Avropa üçün daha optimal və etibarlı qaz mənbəyi hesab olunur.