Paşinyanın cəfəng açıqlaması... - Hacıyev Siyasət

Paşinyanın cəfəng açıqlaması... - Hacıyev

Artıq Ermənistan tərəfinin qeyri-ciddi, əsası olmayan bəyanatlarına cavab vermək lazım deyil.
Bu sözləri Prezident Adminstrasiyasının Xarici əlaqələr şöbəsinin sədri Hikmət Hacıyev Ermənistan Baş naziri Nikol Paşinyanın dünən Vanadzordakı bəyanatına şərh verərkən deyib.
”Paşinyan o qədər cəfəng açıqlamalar səsləndirir ki, artıq buna şərh verməyə ehtiyac olmur”.
Qeyd edək ki, dünən Ermənistan Baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən mətbuat konfransında Qarabağ məsələsinə toxunmuşdu. Paşinyan çıxışında, “Azərbaycan iddia edir ki, Qarabağ onların ərazisidir və kompromisə getmək istəmir. O zaman biz də deyirik, “Artsax” bizimdir və kompromis yoxdur”, - demişdi.