Fonda yığılan məbləğ kəskin artdı: bir gündə... Siyasət

Fonda yığılan məbləğ kəskin artdı: bir gündə...

Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsaitlərin həcmi 100 milyona yaxınlaşır. Bu gün günortaya qədər Fondun vəsaitləri daha 6,4 milyon artaraq, 99 milyon 588 min 711 manata çatıb (Ötən günün sonunda 93 milyon 157 min 335 manat idi). Fonda ianə edənlərdən 3663 nəfər fiziki, 1484 nəfər hüquqi şəxsdir. Qeyd edək ki, Fonda 19 mart 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaranıb. İlham Əliyev ilkin olaraq Fonda Prezidentin ehtiyat fondundan 20 milyon köçürüb və bir illik əmək haqqısını bağışlayıb. daha sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bir illik maaşını Fonda ianə edib. Fond hazırda əhalinin koronaya qarşı mübarizəsinin rəmzinə çevrilib.