Deputat: Ermənilər Azərbaycan Ordusunun zərbələrindən təşvişə düşüb qaçırlar Siyasət
- 28 Sentyabr 2020 14:55
- 1 484
Terrorçu, işğalçı və faşizm siyasətini davam etdirən Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən bütün cəbhə boyu təxribatlara əl atıldı. Əlbəttə, bu, gözlənilən idi. Azərbaycan Prezidenti İlham Əliyev artıq bir müddətdir ki, Ermənistanın daha böyük təxribatlara və müharibəyə hazırlaşması ilə bağlı dünya ictimaiyyətinə mesajlarını vermişdi.
Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında da bu məsələyə toxundu və bütün dünya ictimaiyyətini məhz Ermənistanın faşizm siyasətinin və təxribatlarının qarşısını almağa çağırış etdi:
“Amma bütün bunlara baxmayaraq, Ermənistanın 27 sentyabr tarixində səhər saat 06:00 radələrində belə bir təxribata əl atması əlbəttə ki, növbəti dəfə Ermənistanın faşizm siyasətinin dövlət siyasəti səviyyəsinə qalxdığını bir daha göstərir. Maraqlı bir məqamı diqqətinizə çatdırım, elə 1941-ci ildə də müharibə elan edilməmiş alman faşistləri bazar günü sübh saatlarında saat 06:00 radələrində hücum etmişdilər. Elə Ermənistanın da bazar günü sübh saatlarında Azərbaycana hücum etməsi bir daha onların siyasətinin kökündə faşizmin dayandığını göstərir.
Ancaq ermənilər Azərbaycanın qüdrətli ordusu tərəfindən layiqli cavabını alır. Ordumuz bir sıra əraziləri artıq işğaldan azad edib. Bu çox qürurverici haldır. 27 sentyabr Azərbaycanın müstəqil tarixində ən şanlı günlərdən biridir, çünki böyük qələbənin böyük təməli məhz elə həmin gün qoyuldu. Azərbaycan ordusu erməni təxribatlarının qarşısını çox məharətlə alır və bir neçə yaşayış məntəqələri, strateji yüksəkliklər və postlar erməni işğalçılarından azad olunub. Ermənistan daxilində çox ciddi təşviş var, həm hərbçilər, həm mülki şəxslər mövqelərini, yaşadıqları yerləri qaçaraq tərk edirlər”.
Deputat vurğulayıb ki, xalqımızda çox böyük ruh yüksəkliyi var və hər bir Azərbaycan vətəndaşı bir əsgər kimi bu savaşa hazırdır: “Biz torpaqlarımızı işğaldan azad etməyə qadirik. Bu gün ordumuz bunu çox böyük ruh yüksəkliyi ilə edir. İnanırıq ki, böyük qələbənin təməli artıq qoyulub və yaxın günlərdə işğal altında olan digər ərazilərimiz azad olunacaq və bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq”.
-
Kreml Rusiya ordusunun nüvə silahları ilə təlimlərinin səbəbini açıqlayıb
-
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB
-
Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb
-
Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib
-
“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”
-
Zənganda anti-İsrail banneri yandırılıb
-
Fındıqlı meşələrində "yaşıl soyqırım", minlərlə nadir ağac növü kəsilib
-
Suqovuşan qəsəbəsidə sümük fraqmentləri aşkarlanıb
-
Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında saziş təsdiq edilib - FƏRMAN
-
ABŞ səfiri Şuşaya getdi
-
Sabahın hava PROQNOZU
-
Bu şəxslər 1500 manat cərimələnəcək
-
Azərbaycan və Albaniya arasında viza rejiminin ləğvi təsdiqlənib
-
İnzibаti Хətаlаr Məcəlləsində edilən dəyişikliklər təsdiqlənib
-
“Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanır
-
Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək
-
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Netanyahu ilə görüşəcək
-
Dövlət Gömrük Komitəsinin sədrinə müşavir təyin edilib
-
Simonyan: Ermənistanda hakimiyyət yalnız seçki yolu ilə dəyişə bilər
-
Azərbaycanda quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
-
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub
-
Hər bir həkim pasiyenti təbii doğuşa hazırlamalı, bunun tamamilə fizioloji bir proses olduğunu hamilələrə aşılamalıdır - SN
-
Qərbin “gürcü oyunu”: məkrli, təhlükəli, qəddar…
-
Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb
-
Bakının bu yerlərində yerləşən işıqforlarda velosiped bölmələrinin quraşdırılması işləri yekunlaşıb
-
Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib
-
“Yaxın Şərqdəki gərginlik IMEC layihəsinin reallaşmasına əngəldir”
-
DYP hərəkət iştirakçılarına müraciət edib
-
Gədəbəy, Şəmkir və Gəncədə Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib
-
“Nəqliyyat dəhlizlərinə nəzarət uğrunda mübarizə güclənib”
-
Bakı Şəhər Halqasının keçmiş şöbə rəisi məhkəmədə ifadə verib
-
I sinfə qəbulla bağlı 28 337 sorğu yerləşdirilib
-
Dövlət Xidməti telekommunikasiya operatorlarına xəbərdalıq etdi
-
Ermənistan kanalı Əskipara ilə bağlı filmi silib
-
Qaraçuxurda bir avtomobilin şüşəsi sındırıldı, digəri yandırıldı
-
Bakıda toydan çıxan qadınları maşın vurdu: Ölən var
-
Güneyli məhbus həbsxanada çəkdiyi rəsimləri sərgiləməsindən sonra hədələnib
-
“Makarov” tapançası satmaq istəyən şəxs saxlanıldı
-
Erməni istehkamçı Qazaxın Xeyrimli kəndində minaya düşdü
-
Ötən günlərdə 2 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ceyhun Bayramovun Ararat Mirzoyanla görüş tarixi BİLİNDİ
-
“Daneliya isə 60 il əvvəl Vaxtanq Kikabedzinin dili ilə erməni kilsəsinin iç üzünü açmağa çalışıb”
-
İda dağında macəralar: tarix, mədəniyyət və təbiət qarışığı -FOTO
-
Elman Eldaroğlu : - Vəzifə gəldi gedərdir...
-
Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya
-
Sülhdən qaçan erməni keşişlərini kim təlimatlandırır?
-
Qazaxıstan-Qırğızıstan sərhəddində zəlzələ olub
-
DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq
-
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
QHT layihənin icrasına başlayıb
-
Qəbul imtahanına qeydiyyat başa çatır
-
803 gündə Rusiya Ukraynada nələrin itirib - Rəqəmlər
-
Bakıda Rusiya vətəndaşı intihar edib
-
Qaradağda gənc oğlan evdə ölü tapılıb
-
Qəbələdə “Ford” yanıb
-
Lando Norris Formula 1 yarışında ilk qələbəsini qazanıb
-
Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər ələ keçib
-
İspaniyada korrida üzrə milli mükafat ləğv edilib
-
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
ABŞ İsrailə silah-sursat tədarükünü dayandırıb