Mənfur düşmən xaincə qisasını mülki insanlardan alır - Hikmət Hacıyev Siyasət

Mənfur düşmən xaincə qisasını mülki insanlardan alır - Hikmət Hacıyev

Mənfur düşmənlə üzbəüzük. Düşmən xaincə qisasını mülki insanlardan alır. Onlar bu məqsədlə raketlərdən istifadə edirlər. Bu dəfə də "Skad" raketdən istifadə etdilər. Onlar bununla da qırğına nail olmaq istəyirlər.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycandakı diplomatik korpusun nümayəndələri ilə Gəncəyə səfərində jurnalistlərə deyib.

Hikmət Hacıyev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın başsağlığını çatdırıb.

O bildirib: "Bu gün qəti əzmimiz var. Düşmən beynəlxalq ictimaiyyəti aldatmaq üçün dezinformasiya yayır. Bu gün diplomatik nümayəndələr yenə Gəncədədirlər. İstədik ki, onlar ermənilərin şərəfsizliyi ilə yerində tanış olsunlar. Bu kimi iyrənc, şərəfsiz əməlin yenidən şahidi oluruq. Həlak olanların ah-naləsi yerdə qalmayacaq. Onlar arasında azyaşlılar da var".