Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
13 Noyabr 2020 17:09
5 180
Ermənistan tərəfindən Kəlbəcərə sonradan köçürülən ermənilər BMT səviyyəsində hüquqları qorunaraq öz yerlərinə qaytarılır. Amma buna baxmayaraq, ermənilər xeyli müddət yaşadıqları evləri yandıraraq zərər vurmaqla məşğuldurlar. Bu fakt bir daha Azərbaycan torpaqlarının həqiqi sahiblərinin kim olduğunu göstərir.
Bunu Trend-ə AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri Bayram Quliyev deyib.
Onun sözlərinə görə, 2 aprel 1993-cü il işğalından sonra Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcərin Bağlıpəyə kəndinə köçürülən ermənilər 10 noyabr 2020-ci il tarixli Bəyannamənin şərtlərinə uyğun olaraq kənddən rus əsgərləri tərəfindən çıxarılır:
"Lakin onlar köçürülmə zamanı evlərə od vurub, infrastruktura ziyan vururlar. Vurğuladığımız tarixdə öz yurd-yuvasından çıxarılan Azərbaycan əhalisinin də, hazırda buradan köçürülən gəlmə ermənilərin də köçürülmə ilə bağlı davranışlarını təhlil etmək lazımdır. Xatırladım ki, 1990-cı illərdə azərbaycanlılar Kəlbəcərdən çox çətinliklə köçürülüb. Onların bəziləri ermənilər tərəfindən öldürülüb, bəziləri əsir alınıb, uşaqlar qətlə yetirilib. Bütün bu əzab-əziyyətlərə rəğmən bir dənə də olsun azərbaycanlı Kəlbəcərdəki kəndlərə ziyan vurmamışdı. Hazırda BMT səviyyəsində hüquqları qorunaraq öz yerlərinə qaytarılan gəlmə ermənilərin evləri yandırması bir daha bunu göstərir ki, Azərbaycan torpaqlarının həqiqi sahibləri onlar deyillər. Kəlbəcərin öz əhalisi evlərini yandırmazdı, çünki bu onların ana vətənidir. Vətəni olmayan ermənilər üçün isə bunu etmək heç də çətin bir şey deyil, çünki onların bu torpaqlarla mənəvi bağları mövcud deyil".
B.Quliyev bildirib ki, buna bənzər faktlar 1905-1906-cı illərdə erməni-müsəlman davasında da baş verib. Həmin zaman da müsəlmanlara hücum edən ermənilər evləri yandırıb və ya onları qarət etmişdilər.
25 Oktyabr 22:16
1 603
25 Oktyabr 15:27
1 603
25 Oktyabr 10:20
1 694