Enso Fernandes “Real”la bağlı qərarını verdi İdman

Enso Fernandes “Real”la bağlı qərarını verdi

“Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandes “Real Madrid”ə keçidə razılıq verib.

Bu barədə talkSport nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Madrid klubuna transfer argentinalı futbolçu üçün arzuolunan addımdır. Lakin “kral klubu”nun hələ ki, “Çelsi”yə rəsmi təklif göndərmədiyi bildirilir.

Qeyd olunur ki, daha əvvəl PSJ də 24 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanırdı.