17:41
581
2026-cı ilin əvvəlindən bəri Ermənistan-Türkiyə dövlət sərhədindəki “Axurik” keçid məntəqəsində yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları xidmət edir.
Bu barədə “Azatutyun” məlumat yayıb.
Amma MTX-nin radionun yazılı sorğusuna verdiyi cavabdan məlum olur ki, erməni sərhədçiləri fəaliyyətsiz sərhəd-keçid məntəqəsində xidmət edirlər. Fəaliyyətsiz keçid məntəqəsi sərhəd kəndi Axurikdə yox, sərhəddən aralı dəmir yolu stansiyası ərazisindədir.
MTX Ermənistan sərhədçilərinin fəaliyyətsiz keçid məntəqəsində hansı xidməti yerinə yetirdiklərini və əvvəllər Rusiya hərbçilərinin orada olub-olmadığını dəqiqləşdirməyib.
Həmçinin qeyd edilib ki, Ermənistan-Türkiyə dövlət sərhədi hələ də Ermənistanda yerləşən Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən qorunur.