Rusiya kommunistlərinin liderinin Milli Məclis nümayəndələri ilə və digər rəsmilərlə görüşü nəzərdə tutulur
Dünən Rusiya Federasiyası Kommunist Partiyasının sədri, Rusiya Dövlət Dumasının deputatı və Təhlükəsizlik Komitəsinin üzvü Gennadi Züqanov iki günlük Azərbaycana səfərə gəlib.
Bu barədə Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov məlumat verib.
Onun sözlərinə görə, səfər zamanı Züqanovun Bakıda bir sıra görüşləri nəzərdə tutulub. Səfər zamanı onun 23 saylı orta məktəbə, Bakı Slavyan Universiytetinə səfəri, Azərbaycan kommunistləri ilə, Milli Məclis nümayəndələri ilə və digər rəsmilərlə görüşü nəzərdə tutulur.
G. Züqanovun Azərbayacana səfərinin əhəmiyyətindən danışan R. Qurbanov bildirdi ki, o Azərbaycana səfər edəcəyi barədə hələ bir müddət əvvəl bəyan etsə də, bu səfər indi reallaşır: "Bilirsiniz ki, Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin də üzvü olan Gennadi Züqanov çox nüfuzlu və Azərbaycanın mövqelərini dəstəkləyən tanınmış siyasətçidir. Bu baxımdan da onun Azərbaycana səfəri böyük əhəmiyyət daşıyır".
R.Qurbanov qeyd edib ki, Gennadi Züqanov Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və bunu açıq şəkildə dəfələrlə bəyan edib.