

Azərbaycan Əfqanıstanda sülh və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayıb.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger "Azərbaycanın Avro-atlantik sülh və təhlükəsizliyə töhfəsi" adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, Azərbaycan Əfqanıstanda sülhməramlı missiyaya öz sadiqliyini nümayiş etdirib:
"Azərbaycan sülhməramlıların Əfqanıstana göndərilməsi zamanı vacib nəqliyyat qovşağına çevrilmişdi. Əldə olunmuş uğurlara baxmayaraq, Azərbaycan sülhməramlı fəaliyyətində peşəkarlığını yüksəltməyə davam edir".