Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Gürcüstan hakimiyyəti və vətəndaşları Azərbaycanın bu ölkə üçün həyati əhəmiyyət daşımasının fərqindədirlər”

“Gürcüstan hakimiyyəti və vətəndaşları Azərbaycanın bu ölkə üçün həyati əhəmiyyət daşımasının fərqindədirlər” Siyasət

“Gürcüstan hakimiyyəti və vətəndaşları Azərbaycanın bu ölkə üçün həyati əhəmiyyət daşımasının fərqindədirlər”

Qabil Hüseynli: " Bununla belə, ölkə daxilindəki bəzi çevrələr Qərbdən aldıqları sifarişin icrası ilə məşğuldurlar"

Azər Badamov: "Bəzi beynəlxalq təşkilatlar həmişə Azərbaycana qarşı qərəzli münasibətini ifadə edib"

Beynəlxalq təşkilatların Azərbaycan əleyhinə hesabatlarında "gürcü izi"nin buraxılması hansı məqsədlərdən qaynaqlanır? "Amnesty İnternational", "Transparency İnternational", "Human Rights Watch" və "Sərhədsiz reportyorlar" kimi Azərbaycan əleyhinə davamlı qərəzli mövqe tutan təşkilatların qeyri-obyektiv hesabatlarında gürcü ekspertlərin önə çəkilməsi bu tendensiyanın xüsusi planın tərkib hissəsi olduğuna şübhə yeri qoymur.
Qeyd olunan mövzunu şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Gürcüstan hakimiyyəti və vətəndaşları Azərbaycanın bu ölkə üçün həyati əhəmiyyət daşımasının fərqindədirlər. Bununla belə, ölkə daxilindəki bəzi çevrələr iki yaxın ölkə arasında problemlərin və etimadsızlığın yaranması üçün Qərbdən aldıqları sifarişin icrası ilə məşğuldurlar: "Elə sözümün əvvəlində birmənalı olaraq deyirəm ki, adları və mövqeləri bizə bəlli olan həmin təşkilatların gürcü soyadlı ekspertləri öz rəhbərlərindən aldıqları sifarişi yerinə yetirirlər.
Bunun sifariş olduğunu görməmək mümkün deyil. Çünki Gürcüstanda bu yaxınlarda keçirilmiş ictimai rəy sorğusu zamanı "Hansı ölkəni müttəfiq hesab edirsiniz" sualına cavab verən gürcülərin otuz doqquz faizi ABŞ-ın, otuz altı faizi isə Azərbaycanın adını qeyd edib. Yəni Azərbaycan, Gürcüstan vətəndaşlarının ABŞ-dan sonra özlərinə ən yaxın bildikləri, müttəfiq hesab etdikləri ölkədir. Bu da səbəbsiz deyil. Qonşu ölkədə hakimiyyət də, sıravi vətəndaşlar da yaxşı bilirlər ki, onların mövcudluğu Azərbaycandan birbaşa asılıdır. Belə olan təqdirdə, hansısa normal düşüncəli ekspertin Azərbaycanı qıcıqlandıraraq, ölkəsi üçün problem yarada biləcək işlərə qol qoyması inandırıcı görünmür.
Bütün bunlar, yəni Azərbaycana qarşı qərəzli mövqenin gürcülər vasitəsi ilə ifadə olunması Qərbdəki müəyyən mərkəzlərin istəyi və sifarişi əsasında baş verir. Eyni zamanda, burada başqa bir məqamı da nəzərə almaq lazımdır. Bu da ondan ibarətdir ki, Gürcüstanda soyadlarını gürcüləşdirmiş xeyli erməni var. Onlar, əlbəttə ki, Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə qalmasını istəmirlər və bu ölkələr arasında etimadsızlıq mühitinin yaranmasında olduqca maraqlıdırlar. İnanmaq istərdim ki, Gürcüstan hakimiyyəti də Azərbaycanla münasibətləri korlamağa çalışan çevrələrin fəaliyyətini əngəlləmək, heç olmasa, ən azı minimum səviyyəyə endirmək istiqamətində işlər görəcək".
Deputat Azər Badamov bildirib ki, bəzi beynəlxalq təşkilatlar həmişə öz işində, öz fəaliyyətində Azərbaycana qarşı qərəzli və ədalətsiz münasibətini ifadə edib: "Məsələn, Azərbaycan haqqında dərc edilən hesabatlarda "Human Rights Watch", "Amnesty İnternational", "Transparensy İnternational" təşkilatları daima ölkəmizin sosial-iqtisadi inkişafına, siyasi sabitliyinə qısqanclıqla yanaşaraq həqiqətəuyğun gəlməyən məlumatlar açıqlayırlar".
Onun sözlərinə görə, həmin hesabatların hazırlanmasında məqsəd nə yolla olursa-olsun Azərbaycana maksimum zərər yetirməkdir.
O qeyd edib ki, bunun üçün gürcü ekspertlərdən istifadə olunması da təbiidir. A.Badamovun bildirdiyinə görə, çünki Azərbaycanla Gürcüstan arasındakı münasibətlər yüksək səviyyədədir. "Enerji ixrac xətləri Gürcüstandan keçir, Bakı-Tiblisi-Qars dəmir yolu açılacaq. Amma bu təşkilatlar bilmirlər və ya bilmək istəmirlər ki, regional layihələrin icrasında Gürcüstanın da siyasi-iqtisadi maraqları kifayət qədər mövcuddur və Gürcüstana da Azərbaycanla münasibətlərin yüksək səviyyədə olması vacibdir, zəruridir", - deyən A.Badamov bu baxımdan hesab edir ki, Azərbaycan-Gürcüstan münasibətləri günü-gündən inkişaf edir və heç bir qüvvə buna xələl gətirə bilməz.
"Gürcü ekspertlərinə gəldikdə isə qeyd etmək istəyirəm ki, onların gürcü millətindən olması heç də Gürcüstanın fikri, mövqeyi demək deyil. Bu ekspertlərin milli mənsubiyyətinin heç də milli-etnik məsələlərə, həmçinin ölkələrarası münasibətlərə aidiyyəti yoxdur.
Qeyd etdiyim beynəlxalq təşkilatlarda çalışan ekspertlər aldıqları maddiyyata uyğun xidmət edirlər. Düşünürəm ki, ekspertlərin gürcü və yaxud başqa millətdən olmasının ölkələr arasındakı yüksək münasibətlərə heç bir aidiyyəti yoxdur və ola da bilməz.
Onlar həqiqətəuyğun gəlməyən mövqe sərgilədiklərinə, ölkələr arasında münasibətlərə təsir etmək, xələl gətirmək üçün ortaya qoyduqları fikirlərinə görə zamanı gəldikdə öz ölkə qanunları qarşısında cavab verəcəklər.
Bir sözlə, yuxarıda da vurğuladığım kimi, Azərbaycan-Gürcüstan münasibətləri günü-gündən inkişaf edir və heç bir qüvvə buna xələl gətirə bilməz", - deyə A.Badamov daha sonra sözlərinə əlavə edib.

Əli