

"KİV-də müxtəlif fiziki və hüquqi şəxslər haqqında alçaldıcı məlumatlar yayılır". Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Rəşad Mahmudov deyib. Deputat bildirib ki, bu cür hücumlara ən çox tibb işçiləri məruz qalır: "Hesab edirəm ki, işgüzar nüfuz məsələsi şərəf və ləyaqətin ayrılmaz hissəsidir. İşgüzar nüfuzla bağlı cinayət məsuliyyətinin əhəmiyyəti böyükdür. Bütün mətbuat orqanlarına üz tutaraq demək istəyirəm ki, məhkəmə qaydasında qərar qəbul olunmayan şəxslər və qurumlarla bağlı məlumatlar mətbuatda yer almasın".
Əli