AİHM gözlədiyimiz ədalətli qərarı nəhayət ki, verdi Siyasət

AİHM gözlədiyimiz ədalətli qərarı nəhayət ki, verdi

Azay Quliyev: "Bu qərarla Ermənistanın Azərbaycanın ərazisinin bir hissəsini işğal etdiyini rəsmən təsdiq etdi"

"İlk dəfədir ki, AİHM rəsmi qərarı ilə Azərbaycan ərazisinin, Laçının işğalı faktını tanımış və oradan zorla qovulmuş sakinlərin Avropa İnsan Haqları Konvensiyasının müxtəlif maddələri, xüsusilə mülkiyyətin və şəxsi həyatın toxunulmazlığı üzrə hüquqlarının pozulduğunu qeyd edib
"İyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının "Çıraqov və başqaları Ermənistana qarşı" şikayət ərizəsi üzrə çıxartdığı qərarı alqışlayıram". Bunu millət vəkili, ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev deyib.
Onun sözlərinə görə, 10 illik mübarizədən sonra Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gözlədiyimiz ədalətli qərarı nəhayət ki, verdi: "İlk dəfədir ki, AİHM rəsmi qərarı ilə Azərbaycan ərazisinin, Laçının işğalı faktını tanımış və oradan zorla qovulmuş sakinlərin Avropa İnsan Haqları Konvensiyasının müxtəlif maddələri, xüsusilə mülkiyyətin və şəxsi həyatın toxunulmazlığı üzrə hüquqlarının pozulduğunu qeyd edib. Bu qərarın çox böyük hüquqi və eyni zamanda siyasi əhəmiyyəti var. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu qərarla Ermənistanın Azərbaycanın ərazisinin bir hissəsini işğal etdiyini rəsmən təsdiq etmiş oldu".
O, qeyd edib ki, şübhəsiz bu qərar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həllində Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək: "Belə bir ədalətli və obyektiv qərar çıxaran hakim heyətinə, xüsusilə Azərbaycan tərəfindən bu işin uğurla başa çatmasını böyük peşəkarlıq və səbirlə təmin edən komandaya, bir sözlə zəhməti keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm".

Əli