“Pozitivin təbliğatı daha müsbət effekt verir”
24 Yanvar 11:48
24 Yanvar 11:48
23 Yanvar 21:20
23 Yanvar 16:40
23 Yanvar 16:07
İsrail təhlükəsizlik kabineti Rəfah sərhəd keçid məntəqəsinin yenidən açılmasını müzakirə edir
ABŞ “Tomahawk” raketlərini modernləşdirir və onların xidmət müddətini uzadır
ABŞ-la gərginlikdən sonra Qrenlandiyada kommunal xidmət iflic olub
Azərbaycanın bəzi rayonlarında qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ
11 Dekabr 2024 11:46
3 829
Ali təhsil müəssisələrimizin reytinq nəticələrini qaldıra bilmək üçün universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi" forumunda çıxışı zamanı deyib.
"Universitetlərin reytinqlərinin formalaşmasında ali təhsil müəssisəsinin reputasiyası, işəgötürülənlərin universitet haqqında fikirləri, tədqiqat komponentinin həcmi, müəllim və tələbə sayı, xarici tələbə və müəllim sayı kimi indiqatorlar nəzərə alınır. Bizdə bütün indiqatorlar üzrə müsbət dinamika olsa da, tədqiqat komponenti bizi hələ də narahat edən məsələdir. Elmi tədqiqatlar aparılır, amma pərakəndə şəkildədir. Tədqiqat aparan alim hansısa universiteti təmsil etməlidir. Bunu təşkil edə bilsək, universitetlərimizin reytinqi artacaq", - deyə nazir bildirib.
Nazir, həmçinin qeyd edib ki, universitetlərin sayı çox , aparılan tədqiqat sayı isə azdır: "Buna görə də universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır.
Ölkədə elmin inkişafı naminə mütləq bu dəyişikliyi etməliyik. Bunu edə bilsək, təxminən 15-20 il ərzində universitetlərimiz beynəlxalq reytinqlərdə üst cərgələrdə olacaq".
24 Yanvar 17:35
1 337
24 Yanvar 14:59
1 288
24 Yanvar 14:58
1 253