Azərbaycan XİN rəhbəri ABŞ dövlət katibi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
Prezident İlham Əliyev Davosda “Vestas Wind Systems” şirkətinin nümayəndəsi ilə görüşüb
Baş Prokurorluq həkim cərrahla bağlı Səhiyyə Nazirliyinə təqdimat göndərib
27 Fevral 2025 15:13
3 430
İşğaldan azad olunmuş 8 rayonda bərk tullantıların idarəsi ilə bağlı poliqonların inşasına başlanılıb.
APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında deyib.
"İşğaldan azad olunmuş 8 rayonda bərk tullantıların idarə olunması ilə bağlı poliqonlar təşkil edilib, layihələndirilib, artıq tikintisinə başlanılır. Eyni zamanda, Xankəndidə ərazilərdən tullantıların təmizlənməsi həyata keçirilib. Həm üzvi tullantılar, həm təkrar əmala gedəcək tullantılar üçün xüsusi konteynerlər qurulub".
O həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə tullantıların idarəsi ilə əlaqəli regional strategiya hazırlanıb və hazırda yenilənmə mərhələsindədir.
"Tullantıların idarəsi ilə əlaqəli qanunvericilikdə dəyişiklik edilməsi də nəzərdə tutulub", - Faiq Mütəllimov bildirib.