

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Fövqəladə Hallar Nazirliyi (FHN), Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Öyrən, xilas et!” layihəsi çərçivəsində keçirilən təlimlərə yekun vurulub.
FHN-in mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə, layihənin reallaşdırılmasında məqsəd könüllülərə fövqəladə hallarda əhaliyə ilkin psixoloji yardımın göstərilməsi və müxtəlif xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarının aşılanması olub.
Layihə çərçivəsində təlimlər FHN-in Gəncə və Cənub Regional mərkəzlərində baş tutub.
“Regional İnkişaf” İctimai Birliyinin könüllülərinə FHN-in mütəxəssisləri tərəfindən fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, müxtəlif ekstremal situasiyalarda davranış qaydaları, o cümlədən ilk yardım və ilkin psixoloji yardım göstərilməsi, yanğından mühafizə, mülki müdafiə və s. mövzularda həm nəzəri, həm də praktik təlimlər keçirilib. Həmçinin təlimlər çərçivəsində könüllülərə fövqəladə hallar zamanı istifadə olunan müxtəlif texniki avadanlıq və alətlər təqdim olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları aşılanıb.
Qeyd edək ki, növbəti mərhələdə təlimlərə cəlb edilmiş könüllülər əldə etdikləri bilikləri əhali arasında yaymaqla dövlət qurumları tərəfindən aparılan maarifləndirmə işlərinə dəstək göstərəcəklər.