ADY: Abşeron dairəvi marşrutu üzrə qatarların şənbə və bazar günü qrafikində dəyişikliklər edilir Cəmiyyət

ADY: Abşeron dairəvi marşrutu üzrə qatarların şənbə və bazar günü qrafikində dəyişikliklər edilir

Abşeron dairəvi marşrutu üzrə qatarların şənbə və bazar günü qrafikində dəyişikliklər edilir.

Bu barədə Xalqcebhesi.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 9 avqustdan etibarən şənbə və bazar günlərində qatarların Abşeron dairəvi marşrutu üzrə hərəkət cədvəli aşağıdakı kimi təyin edilir: Bakı–Xırdalan–Sumqayıt: saat 08:55, 09:15, 17:20, 18:20, 18:55, 19:45, 20:30. Sumqayıt-Xırdalan-Bakı: Saat 07:45, 08:00, 09:00, 09:40, 18:02, 18:45, 19:30. Bakı-Pirşağı-Sumqayıt: Saat 07:00, 08:00, 08:45, 09:10, 09:50, 10:50, 11:50, 16:50, 17:40, 18:25, 19:00, 19:25, 20:20, 21:00, 22:00, 23:00. Sumqayıt-Pirşağı-Bakı: Saat 06:45, 07:25, 08:00, 08:45, 09:52, 10:20, 11:00, 11:30, 12:05, 17:00, 18:20, 19:20, 19:55, 20:20, 21:00, 22:00.

"Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik", - məlumatda bildirilir.